Bu gün Babək rayonunda qaz olmayacaq

19.05.2025

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək

Bu gün Babək rayonunda qaz təchizatında fasilə yaranacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.

Bildirilib ki, yeni siyirtmə quraşdırılması və 100 mm boru korroziyaya uğradığı üçün yeraltı xəttin yerüstü xətlə dəyişdiriməsi ilə əlaqədar qaz təchizatı Babək rayon Cəhri qəsəbəsində 4 siyirtmə və 3 QTŞ-də bu gün saat 10:00-dan müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью