Bu gün Bakı metropoliteni işçilərinin peşə bayramıdır

06.11.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün – noyabrın 6-da Bakı metropoliteni işçilərinin peşə bayramı qeyd olunur.

Metro əməkdaşları hər gün minlərlə insanın mənzil başına təhlükəsiz və rahat çatdırılması üçün fəaliyyət göstərirlər. Qatar maşinistlərindən tutmuş stansiya növbətçilərinə, mühəndislərdən texniki və xidmət heyətinə qədər çoxsaylı əməkdaşlar paytaxtın nəqliyyat sisteminin fasiləsiz fəaliyyətini təmin edirlər.

Bakı metropoliteninin tarixi 1967-ci il noyabrın 6-dan başlayır. Həmin gün Bakı metrosunun ilk xətti istifadəyə verilib. İlk mərhələdə 5 stansiya – "Bakı Soveti" (indiki "İçərişəhər"), "26 Bakı komissarı" (indiki "Sahil"), "28 Aprel" (indiki "28 May"), "Gənclik" və "Nəriman Nərimanov" sərnişinlərin istifadəsinə açılıb.

Beləliklə, Bakı metrosu artıq 59 ildir paytaxt sakinlərinə xidmət göstərir.

BAKU.WS kollektivi adından bu əlamətdar gün münasibətilə Bakı metropoliteninin bütün əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью