Bu gün Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

05.11.2025

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Bakı Metropoliteni "Qarabağ" FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

Metbuat.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, noyabrın 5-dən 6-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər girişə açıq olacaq:

"Azarkeşlərin rahat və təhlükəsiz gedişini təmin etmək məqsədilə metropoliten gücləndirilmiş iş qrafikində fəaliyyət göstərəcək.

"Gənclik", "Nərimanov" və "28 May" stansiyalarında nəzarət və işçi qüvvəsi artırılacaq. "Gənclik" stansiyasında, həmçinin könüllülər də fəaliyyət göstərəcəklər. Ehtiyat qatarlar zərurət yarandıqda xəttə buraxılmağa hazır olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью