Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq. 57 il bundan əvvəl noyabrın 6-da Bakı şəhəri tarixinin mühüm səhifələrindən birinə çevril
Avtosfer.az metro işçilərinin peşə bayramı münasibətilə “Bakı Metropoliteni” QSC-nin 57 illik fəaliyyətinə nəzər salır.
Bakı metropoliteninin yaranma dövrünü müxtəlif baxış və yanaşmalarla bir neçə hissəyə bölmək olar.
Əslində, tikinti-buraxılış mərhələləri hələ ilkin layihə işləri zamanı müəyyənləşdirilmişdi.
Layihəçilər və inşaatçılar birlikdə tikintinin 4 növbədə aparılması barədə razılığa gəlmişdilər.
Birinci növbənin uzunluğu 10,1 km olan birinci buraxılış sahəsinə indiki adlar ilə “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik”, “Nərimanov” və “Xətai” stansiyaları daxil idi.
Birinci 5 stansiya 1967-ci il noyabrın 6-da, “Xətai” isə 1968-ci il fevralın 22-də istifadəyə verildi.
Bakı metropoliteninin tarixinə ictimai-siyasi aspektdən yanaşdıqda, onu üç mərhələyə bölmək olar: Heydər Əliyevdən əvvəlki dövr, Heydər Əliyev dövrü və İlham Əliyev dövrü.