Bu gün Bakının 4 rayonunda qaz olmayacaq XƏBƏRDARLIQ

25.05.2026

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Bakının 4 rayonunun bir sıra ərazilərində qaz kəsiləcək. Bu barədə SİA-ya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Nərimanov, Nəsimi, Səbail və Yasamal rayonlarının (Y.V.Çəmənzəminli, Ə.Rəcəbli, S.Rüstəm, R.Rza, Tolstoy, Mərdanov qardaşları, B.Səfəroğlu, D.Əliyeva, İ.Səfərli, Ə.Topçubaşov, 8-ci Köndələn və O.Fərzəliyev küçələri və Bülbül prospektinin bir hissəsi) qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Mətləb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью