Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mən çox az halda bazar- dükana gedirəm, çünki evimizin bütün bazarlığın atam eləyir. Amma bu gün( noyabrın 28- də) 8- ci Kilometr bazarına getdim. Dedim ki, bu dəfə bazarlığı özüm edim! Bazarı ələk-vələk elədim, bütün mer- meyvənin və digər məhsulların qiymətini öryrənəndən sonra alış-verişə başladım!
Bakının ən ucuz bazarında qiymətlər od tutub " yanır"dı. İstədim balıq alım, ancaq qiymətə baxıb , geri çəkildim. Ən çox xoşladığım farer balığıdır.On gün bundan əvvəl həmin balığın 1 kiloqramını 12 manata almışdım, ancaq bu gün o balığı 14-15 manata satırdılar.Xanı, çəki balıqlarının bir kiloqramı 7- 8 manat arasında idi.Kütüm balığı isə 16-17 manat arasında satılırdı. Naxa balığı da vardı. Onun da bir kiloqramı 7-8 manat arasında idi. Bir sözlə, balıq satışında qiymətlər lap kəllə-çarxa qalxmışdı.
Bir balıq satan kişi dedi ki, vallah , mən balıq satanda utanıram. Bir həftədə qiymətlər 3-4 manat arasında bahalaşıb.Biz.kimik ki? Fəhlə adamıq. Bizə balıq İrandan gətirilir, o da baha qiymətə. Nə isə ... Balıq almaqdan vaz keçdim. Bir kiloqram göbələk( 2manat.50 qəpik) , 10 ədəd göy, bir neçə də limon aldım! Və bazardan çıxdım. Düşündüm ki, bu yazıq camaat od tutub " yanan" bazarda nə ala bilər? Heç nə , mənim kimi bir- iki şey!
Emil FAİQOĞLU