Bu gün bazardır... Özünüzlə danışdınızmı?

21.06.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün bazar günüdür...

Bazar insanın istirahət günüdür.

Ailə, doğmalarla keçirdiyi gündür.

Dostlarla görüşdüyü gündür.

Bazar günü bir az da insanın özü ilə danışdığı, baş-başa qaldığı gündür…

Təqvimin dəyişdiyini ən çox bazar günləri hiss edir insan.

Bazar günü bir həftənin sonudur. İnsan əksər vaxt bazar günü bir az da gedən ömrünə boylanır.

Qəribədir…

İnsan həmişə xüsusi günlərin həsrəti ilə yaşayır.

Elə bilir xoşbəxtlik hələ qabaqdadır, yaşamaq üçün hələ çox vaxtı var, zəng etməyə də zaman olacaq.

Görüşməyi də, bağışlamağaı da, sevməyi də, darıxmağı ertələyir. Həyatın ən böyük sirri ondadır ki, insanın “bir az sonra” ya saxladıqlarının çoxu heç vaxt olmur. Elə sonra olaraq qalır.

Həyat gözləməyi sevmir, həyat yaşananlardadır.

Bir fincan çay…

Valideynin səsi…

Uşağın gülüşü…

Dostun zəngi…

Evdəki sükut…

Adam elə bilir bunlar həmişə olacaq.

Nə yazıq ki, insan gerçəklikləri anlayanda çox gec olur...

Bir gün hiss edir ki, xoşbəxtlik böyük hadisələrin içində yoxmuş. Xoşbəxtlik adi günlərin içində gizlənirmiş.

Bu bazar da belə getdi, deyir insan...

Əslində, zaman getmir, insan zamanın içindən keçib gedir.

Saatlar heç vaxt qocalmır, təqvimlər də heç vaxt köhnəlmir.

Qocalan insan, köhnələn ömürdür.

Bazar günləri buna görə bir az da kövrək olur.

İnsan anlayır ki, növbəti bazar günü gəlmir, əslində, özü növbəti bazar gününə doğru gedir.

Sabah yenə bazar ertəsidir.

Yenə iş olacaq.

Qayğılar, tələskənlik, qaça-qaç ...

İstəməsə belə insan bazar günü düşündüklərini bazar ertəsinə qurban verəcək.

Sonra növbəti bazar gününə gedəcək.

Bəlkə də insanın yaşlaşanda ən böyük peşmanlıq etdiyi səhvlər yox, “hələ vaxta var” deyib yaşamadığı “xoşbəxtliklər” olacaq…

Bu gün bazardır…

Özünlə danışdınmı?

Bir həftə idi hamıya vaxt ayrıdın, hamının qayğısına qaldın...

Bəs özünü dinlədinmi?

Sabah yenə bazar ertəsidir…

Yenə iş, qayğılar, qaça-qaç…

Bazar ertəsi sənə elə gələcək ki, hələ vaxta var… Sonra hər şeyi edəcəksən...

İnsan bir gün anlayır ki, vaxt heç vaxt olmur…

Vaxt ayrılır…

Bu gün bazardır…

Sabah yenə bazar ertəsi…

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью