Bu gün bələdiyyə seçkiləri ilə bağlı səsvermədir

29.01.2025

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermədir.

MİA.AZ xəbər verir ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçiriləcək.

Bələdiyyə seçkiləri üçün məntəqələr yanvarın 29-u səhər saat 8:00-da açılır və səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilərdə 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Qeyd edək ki, seçki günü ölkədə qeyri-iş günü kimi təsbit edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью