Bu gün Beynəlxalq Kişilər Günüdür

19.11.2024

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər ilin 19 noyabrı dünyada Beynəlxalq Kişilər Günü kimi qeyd olunur.

Kulis.az xəbər verir ki, bu gün ilk dəfə 1999-cu ildə Trinidad və Tobaqoda qeyd olunmağa başlayıb.

Beynəlxalq Kişilər Gününün qeyd olunmasında məqsəd kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, gender bərabərliyinə yardım etmək və müsbət kişi rolu modelini vurğulamaqdır. Bu, kişilərə qarşı olan ayrıseçkiliyi nəzərə çatdırmaq və onların cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və naliyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. Təməl məqsəd isə insani dəyərləri önə çəkməkdir.

Qeyd edək ki, bu xüsusi gün Avstraliya, Asiya, Avropa və Afrika qitələrinin 60-dan çox ölkəsində keçirilir.

Ölü əsgər haqqında ballada - Bertold Brext Alina Boz yeni serialda Azərbaycan repinin dərvişi - Səid Riad
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью