Bu gün Beynəlxalq Qucaqlaşma Günüdür

21.01.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

21 yanvar Beynəlxalq Qucaqlaşma Günüdür.
Missiya.Az 
xəbər verir ki, 1986-cı ildə ABŞ-də Milli Qucaqlaşma Günü (National Hugging Day) kimi qeyd olunmağa başlayan həmin tarix sonralar bütün dünyada yayılıb.

Ənənəyə əsasən bu gün hər kəs, hətta bir-birlərini tanımayan insanlar belə bir-biriləri ilə dostca qucaqlaşır. Çox da uzaq tarixdə olmasa da, sözügedən günün kim tərəfindən yaradıldığı, yaranma səbəbi və niyə məhz bu tarixin seçilməsi məlum deyil. Qeyri-rəsmi məlumatlara görə bu gün tələbələr tərəfindən təsis olunub. Məhz bu gün gənc oğlan və qızlar heç bir səbəb olmadan bir-biriləri ilə qucaqlaşır, müxtəlif fleşmoblar təşkil edirlər.

Hər zaman sevgi ilə qalın, dünyanı yalnız müsbət hisslər xilas edə bilər.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью