Bu gün Binəqədinin bir hissəsi qazsız qalacaq XƏBƏRDARLIQ

03.02.2026

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Bu gün Bakının Binəqədi rayonunun bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Motodrom" qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir hissəsinin və Motodrom ərazisinin qaz təchizatı dayandırılacaq.

Mətləb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью