Bu gün bir sıra ərazilərdə qaz olmayacaq

14.07.2026

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Naxçıvan Muxtar Respublikasının Culfa, Ordubad və Babək rayonlarının bir sıra ərazilərində qazın verilişi dayandırılacaq.

BAKU.WS xəbər verir ki, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 14-də işlər başa çatanadək Culfa və Ordubad rayonlarının, eləcə də Babək rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью