Bu gün boksçularımız final üçün döyüşəcəklər

23.09.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən böyüklər arasında Avropa çempionatında boks millimizin beş üzvü bu gün rinqə çıxacaq.

İdman.Biz xəbər verir ki, Sübhan Məmmədov (50 kq) finala vəsiqə uğrunda Türkiyədən Samet Gümüşlə, Amin Məmmədzadə (55 kq) Rusiyadan Vyaçeslav Roqozinlə, Məhəmməd Abdullayev (+90 kq) isə İngiltərədən Damar Tomasla qarşılaşacaq.

Nəbi İsgəndərov (70 kq) yarımfinalda İrlandiyadan Con MakKonnelli, Səidcəmşid Cəfərov (75 kq) isə 1/4 finalda İsveçdən Kevin Skottla üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 25-də başa çatacaq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью