Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Böyük İyirmilik (G20) ölkələri liderlərinin növbəti sammiti noyabrın 18- 19-da Rio-de-Janeyroda keçiriləcək.
Forumun mövzusu “Ədalətli dünya və davamlı planet qurmaq”dır. Məlumatı “Anadolu” verib.
G20 sammiti 19 ölkə və Avropa İttifaqının iştirakı ilə baş tutacaq.
Sammit günlərində təhlükəsizliyin təmin edilməsinə 8 min hərbçi cəlb olunub.
G20 sammitinə ev sahibliyi edəcək Müasir İncəsənət Muzeyi baryerlərlə əhatə olunub.
Tədbirin keçirildiyi ərazidə yol kənarlarında zirehli texnika və silahlı əsgərlər yerləşdirilib.
Bir sıra yollar nəqliyyatın hərəkəti üçün bağlanacaq. G20 liderlərinin sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.