“Bu gün bütün dünyanın gözü Azərbaycandadır” | Icma.az
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir. “COP29-un ölkəmizdə keçirilməsi ilk növbədə Cənab Prezident İlham Əliyevin yüksək beynəlxal
Konfransın Azərbaycanda keçirilməsinə dair yekdilliklə qərar qəbul edilməsi Azərbaycan dövlətinin dünyanın qlobal problemlərinin həllində oy
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı söyləyib.
M.Qasımlı bu gün bütün dünyanın gözünün Azərbaycanda olduğunu vurğulayaraq əlavə edib ki, Azərbaycan planeti düşündürən ən vacib məsələlərin müzakirə edildiyi məkana çevrilib: “Dünyanın demək olar ki, əksər ölkələrinin dövlət və hökumət başçılarının, yüksək səviyyəli şəxslərinin Azərbaycana gəlməsi problemin nə qədər ciddi olduğunu göstərir.
Azərbaycan bu qlobal problemdən xilas olmaq üçün yol göstərir”.
O bildirib ki, COP29-un Azərbaycanda keçirilməsinin digər böyük əhəmiyyəti Azərbaycan haqqında həqiqətlərin dünyaya yayılacağı ilə bağlıdır: “Ölkəmizə gələn qonaqların işğaldan azad edilmiş ərazilərimizə səfər etmələri gerçəkləri öz gözləri ilə görməsinə şərait yaradacaq.
Onlar bir tərəfdən işğalçı Ermənistanın vəhşiliyini, tarix və mədəniyyət abidələrini, yaşayış məntəqələrini yerlə-yeksan etdiyini görəcəklər.
Digər tərəfdən isə Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq, tikinti işlərini öz gözləri ilə görəcəklər.
Tam oxu
Xəbəri oxu