Bu gün Cəbrayılda yeni günəş elektrik stansiyasının təməli qoyulacaq

12.11.2024

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Energetika Nazirliyinin COP29 çərçivəsində keçirəcəyi tədbirlərin siyahısı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bu gün keçiriləcək görüş zamanı nazirlər səviyyəsində keçiriləcək müzakirələrdə bərpa olunan mənbələrin üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi müzakirə ediləcək.

Eyni zamanda, bp ilə Cəbrayıl rayonunda 240 meqavat gücündəki Şəfəq Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi və Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Sazişə uyğun olaraq Nazirlərin 9-cu iclasının keçirilməsi planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью