Bu gün Çin qlobal cənubun əsas mərkəzi qismində çıxış edir MÜNASİBƏT BİLDİRİLDİ | Icma.az
Sia Az saytına istinadən Icma.az xəbər verir. "Çin-Azərbaycan münasibətləri öz tarixinin yüksək mərhələsinə qədəm qoyub".
Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, bir il bundan əvvəl Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb: "Strateji tərəfdaşlığın həm ikitərəfli münasibətlər üçün yarada biləcəyi mümkün hüquqi şərtlər, həm də sinxron hərəkət etmək üçün ortaq öhdəliklər gətirəcək qədər səciyyəvi xüsusiyyətləri var.
Nəticə etibarilə bu gün Çin qlobal cənubun əsas mərkəzi qismində çıxış edir.
Çinin Avropaya yönələn strateji kommunikasiyalarının əksəriyyəti bir yol layihəsi çərçivəsində Azərbaycan üzərindən Qərbə yönəlir.
Dolayısı ilə həm Çin-Azərbaycan arasında tarixi əlaqələr, həm də bugünkü milli maraqların uzlaşması iki ölkə arasında strateji tərəfdaşlığı zəruri edən şərtlər kimi çıxış edirdi.
Buna görə də Azərbaycan Prezidenti 9 Aprel tarixində ADA Universitetində keçirilən Forum zamanı bir daha Çin-Azərbaycan münasibətlərinə xüsusi toxunaraq məhz Çin və Azərbaycan arasında imzalanan strateji tərəfdaşlıq haqqında müqaviləni yada salmış oldu.
Eyni zamanda Azərbaycan Prezidenti yeni bir tezis irəli sürərək Azərbaycanı qlobal cənubun tərkib hissəsi kimi xarakterizə etdi.
Tam oxu
Xəbəri oxu