Bu gün daha bir qarşılaşma baş tutacaq

05.02.2025

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Basketbol Liqasının XIV turunda bu gün daha bir qarşılaşma baş tutacaq. SİA xəbər verir ki, B qrupunda "Quba" "Sumqayıt"la üz-üzə gələcək.

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək görüş saat 19:00-da başlayacaq. "Sumqayıt" hazırda qrupda 18 xalla dördüncüdür. Sonuncu - 6-cı pillədə olan "Quba"nın 16 xalı var.

Qeyd edək ki, XIV turun dünən keçirilən "Abşeron" - "Naxçıvan" matçı ikincilərin 76:70 hesablı qələbəsi ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью