Bu gün də Azərbaycandakı bəzi saytlarda problem yaranıb

05.12.2025

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Bu gün “Cloudflare”in qlobal infrastrukturunda müşahidə olunan fasilələr nəticəsində ölkəmizdə “Cloudflare”xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Dayanmalara səbəb kimi “Cloudflar”in son günlərdə “Aisuru botnet” tərəfindən həyata keçirilən rekord həcmli DDoS hücumlarını dəf etməsi ilə əlaqəli yük artımı göstərilir.
Şirkət hücumları neytrallaşdırsa da, qlobal trafikdə yaranan dalğalanmalar bəzi lokal resursların əlçatanlığında qısamüddətli problemlərə səbəb olub.
Hazırda xidmətlər tam bərpa edilib və sabit fəaliyyət göstərir”, - məlumatda deyilir.
Xatırladaq ki, oxşar problem bir müddət əvvəl də baş vermişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью