Bu gün də Bakının bu iki rayonunda işıq olmayacaq

06.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Təmir işləri ilə əlaqədar bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq.

Axar.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

"Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 6-da Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq", - məlumatda bildirilib.

Vurğulanıb ki, Yasamalda saat 10:00-dan 13:00-dək Mikayıl Müşviq və Şəfayət Mehdiyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nizami rayonu Əli Vəliyəv 16 ünvanında isə saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq:

"Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına xidmət edəcək".

Qeyd edək ki, bu gün də hər iki rayonda təmir işləri aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью