Bu gün də iqlim böhranı bizimlədir Yunanıstanın Baş naziri

13.11.2024

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

“Yunanıstan da iqlim dəyişikliyi ilə üzləşən ölkədir. Başa düşürük ki, biz həm iqlim keçidini sürətləndirməli, həm də eyni zamanda adaptasiya tədbirlərinə daha çox diqqət yetirməliyik”. 

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis deyib.

Baş nazir qeyd edib ki, ölkəsi həmişə bu cür tədbirlərə optimist yanaşır: “Çünki bu gün də iqlim böhranı bizimlədir. Söhbət təkcə 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaqdan getmir. Bu həmçinin, 2024-cü ildə vətəndaşlarımızı qorumaq məsələsidir”.

Anar Kəlbiyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью