Bu gün dünya çempionatının püşkü atılacaq

05.12.2024

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Bu gün Mayamidə (ABŞ) FİFA-nın bayrağı altında təşkil olunan futbol üzrə klublararası dünya çempionatının püşkatma mərasimi keçiriləcək. Sport24.az xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Klublararası növbəti dünya çempionatı 2025-ci ildə (15 iyun-13 iyul) ABŞ-da təşkil olunacaq. Tarixdə ilk dəfə yarışda 32 klub iştirak edəcək. 

Artıq püşkatma üçün səbətlər bəllidir. Komandalar hər birində 8 olmaqla 4 səbətə bölünüb.

1-ci səbət: "Mançester Siti" (İngiltərə), "Real Madrid" (İspaniya), "Bavariya" (Almaniya), PSJ (Fransa), "Flamenqo" (Braziliya), "Palmeyras" (Braziliya), "Kaliforniya River Pleyt" (Argentina), "Fluminense" (Braziliya)

2-ci səbət: "Çelsi" (İngiltərə), "Borussiya Dortmund" (Almaniya), "İnter" (İtaliya), "Portu" (Portuqaliya), "Atletiko Madrid" (İspaniya), "Benfika" (Portuqaliya), "Yuventus" (İtaliya), "Zalsburq" (Avstriya)

3-cü səbət: "Əl-Hilal" (Səudiyyə Ərəbistanı), "Ulsan HD" (Koreya), "Əl-Əhli" (Misir), "Vidad AK" (Mərakeş), "Monterrey" (Meksika), "Leon" (Meksika), "Boka Xuniors" (Argentina), "Botafoqo" (Braziliya)

4-cü səbət: "Urava Red Daymonds" (Yaponiya), "Əl-Əyn" (Birləşmiş Ərəb Əmirlikləri), "Esperans Sportiv de Tunisi" (Tunis), "Mamelodi Sandauns" (Cənubi Afrika Respublikası), "Paçuka" (Meksika), "Sietl Saunders" (ABŞ), "Oklend Siti" (Yeni Zelandiya), "İnter Mayami" (ABŞ)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью