Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 6 yanvar, AZƏRTAC Milli kinomuzun və teatr sənətimizin inkişafında bir çox sənətkarların müstəsna xidmətləri olub.
Onlar ən ağır zamanlarda və ən ağır şərtlərdə belə bu sənətin inkişafı üçün əllərindən gələn bütün səy və imkanları əsirgəməyiblər.
Belə sənət adamlarından biri də tanınmış teatr və kino aktyoru, Əməkdar artist Nəcibə Behbudovadır.AZƏRTAC xəbər verir ki, bu gün Nəcibə Behbudovanın anadan olmasından 111 il ötür.Nəcibə Məcid qızı Behbudova 1914-cü il yanvarın 6-da Tiflisdə anadan olub.
O, tanınmış müğənni Rəşid Behbudovun böyük bacısıdır. Atası Məcid Behbudov el xanəndəsi kimi tanınıb.
Anası Firuzə Vəkilova isə müəllimə işləyib. Altı yaşında olanda Tiflisdəki əmək məktəbinə gedib.
Nəcibə xanım doqquz yaşında olanda məktəbdə oxumaqla yanaşı, Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub.
Məktəbi 1930-cu ildə bitirib.1931-ci ildə Bakıya gəlib və burda Hidrologiya Texnikumuna daxil olub.