Bu gün Ərdoğan Avropa Komissiyasının sədri ilə görüşəcək

08.07.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Avropa Komissiyasının sədri Ursula fon der Leyen çərşənbə axşamı Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla işgüzar naharda görüşəcək. Bu görüş hər iki tərəf üçün həssas bir vaxtda baş tutur.

Məlumatı “Euronews” verib. 

Avropa Komissiyasının rəhbəri Türkiyə ilə əlaqələrin gücləndirilməsi ilə qanunun aliliyi və digər mübahisəli məsələlərlə bağlı problemlərin həlli arasında tarazlıq tapmalı olacaq. Onlarla söhbətə Avropa İttifaqı Şurasının prezidenti António Costa qoşulacaq. Şam yeməyinin gərgin keçəcəyi gözlənilir.

Aprel ayında ictimai çıxışı zamanı fon der Lyayen 1999-cu ildən bəri Aİ üzvlüyünə namizəd ölkə olan Türkiyəni Avropada xarici təsir məsələsini müzakirə edərkən Rusiya və Çinlə bir sıraya qoymuşdu.

Avropa Komissiyasının baş sözçüsünün müavini Olof Gill bildirib ki, “Türkiyə Avropa İttifaqı üçün vacib tərəfdaşdır. Biz geniş sahələrdə strateji maraqlarımızı bölüşürük. Görüşdə bu məsələlərə diqqət yetiriləcəyini gözləyirəm”.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью