Bu gün Ərdoğan iclas keçirəcək: PKK, İmamoğlu detalı...

21.04.2025

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə AK Partiya Mərkəzi İdarə Heyəti toplanır.

Globalinfo.az xəbər verir ki, iclas Bakı vaxtı ilə 15:00-da baş tutacaq.

Türkiyə prezidenti saat 17:00-da partiyanın qərargahında keçiriləcək toplantıya qoşulacaq:

“İclasın gündəliyində ən mühüm məsələ terrordan azad Türkiyənin hədəfidir. Bu çərçivədə İmralı prosesi, PKK terror təşkilatının silahı nə vaxt və necə yerə qoyacağı və bundan sonra nələrin baş verəcəyi müzakirə olunacaq”, – deyə bildirilib.

Bundan başqa, iqtisadi inkişaflar, regional hərəkətlər və İBB araşdırması ilə bağlı təfərrüatlar da gündəmdə olacaq.

Günay Rəsulqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью