Bu gün Ermənistanda yeni deputatlara mandat veriləcək

21.07.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) bu gün parlamentin yeni seçilmiş deputatlarına mandatları təqdim edəcək.

Modern.az xəbər verir ki, MSK-nın iclasının gündəliyinə iki məsələ daxil edilib.

Birinci məsələ 2026-cı il 7 iyun tarixində keçirilmiş növbədənkənar parlament seçkilərində iştirak edən partiya və blokların siyahılarında yer alan, lakin deputat mandatından imtina etdiklərinə görə öz namizədliklərini geri götürən şəxslərin qeydiyyatının etibarsız sayılması ilə bağlıdır.

İkinci məsələ isə parlamentə seçilmiş deputatların qeydiyyatı və onlara mandatların təqdim olunmasına dair protokolun təsdiqlənməsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью