Bu gün FİFAnın dünya çempionatının püşkü atılır

05.12.2024

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Bu gün Mayamidə (ABŞ) FİFA-nın bayrağı altında təşkil olunan futbol üzrə klublararası dünya çempionatının püşkatma mərasimi keçiriləcək.

QOL.az xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Klublararası növbəti dünya çempionatı 2025-ci ildə (15 iyun-13 iyul) ABŞ-da təşkil olunacaq. Tarixdə ilk dəfə həmin yarışda 32 klub iştirak edəcək. 

Artıq püşkatma üçün səbətlər bəllidir. 32 komanda 4 səbətə bölünüb:

1-ci səbət: "Mançester Siti" (İngiltərə), "Real Madrid" (İspaniya), "Bavariya" (Almaniya), PSJ (Fransa), "Flamenqo" (Braziliya), "Palmeyras" (Braziliya), "Kaliforniya River Pleyt» (Argentina), "Fluminense" (Braziliya)

2-ci səbət: "Çelsi" (İngiltərə), "Borussiya Dortmund" (Almaniya), "İnter" (İtaliya), "Portu" (Portuqaliya), "Atletiko Madrid" (İspaniya), "Benfika" (Portuqaliya), "Yuventus" (İtaliya), "Zalsburq" (Avstriya)

3-cü səbət: "Əl-Hilal" (Səudiyyə Ərəbistanı), "Ulsan HD" (Koreya), "Əl-Əhli" (Misir), "Vidad AK" (Mərakeş), "Monterrey" (Meksika), "Leon" (Meksika), "Boka Xuniors" (Argentina), "Botafoqo" (Braziliya)

4-cü səbət: "Urava Red Daymonds" (Yaponiya), "Əl-Əyn» (Birləşmiş Ərəb Əmirlikləri), "Esperans Sportiv de Tunisi" (Tunis), "Mamelodi Sandauns" (Cənubi Afrika Respublikası), "Paçuka" (Meksika), "Sietl Saunders" (ABŞ), "Oklend Siti" (Yeni Zelandiya ), "İnter Mayami" (ABŞ)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью