Bu gün Fransada G7 sammiti start götürür

15.06.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Fransada dünyanın yeddi ən böyük iqtisadiyyatının - Böyük Britaniya, Kanada, Almaniya, İtaliya, Fransa, Yaponiya, ABŞ, eləcə də Avropa İttifaqının nümayəndələrinin iştirak edəcəyi üçgünlük "G7" sammiti start götürür.

Müzakirələrə, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski və Braziliya, Hindistan, Keniya, eləcə də Cənubi Koreya nümayəndələri də dəvət olunublar.

"Reuters" agentliyinin məlumatına görə, Fransa tərəfi sammitin yekunlarına dair birgə yekun kommünikenin hazırlanması planlarından imtina edib. Bunun əvəzinə, iştirakçılar kritik əhəmiyyətli faydalı qazıntılar, miqrasiya və qanunsuz narkotik dövriyyəsinə qarşı mübarizə də daxil olmaqla, əsas məsələlər üzrə ayrıca bəyanatlar razılaşdırmaq niyyətindədirlər.

Görüşün əsas mövzuları Ukrayna ətrafındakı vəziyyət, Yaxın Şərqdəki durum, qlobal iqtisadi disbalanslar, həmçinin strateji xammal tədarükünün şaxələndirilməsi (diversifikasiyası) və nadir torpaq elementlərinin əsas tədarükçüsü olan Çindən asılılığın azaldılması olacaq.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью