Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün Azərbaycanın görkəmli teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1967), Azərbaycan SSR dövlət mükafatı laureatı (1974) Nəsibə Cahangir qızı Zeynalovanın anım günüdür.Missiya.Az xəbər verir ki, Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub.
Atası Kərbəlayı Cahangir Bakıda dünyaya gəlib. Tanınmış tacir və eyni zamanda aktyor olub.
Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov idi.
İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb.
1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb.
Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan aktyor qısa müddətdən sonra rəhmətə gedib.
Onda balaca Nəsibənin iki yaşı vardı.Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib.