Bu gün hava küləkli olacaq XƏBƏRDARLIQ

16.05.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mayın 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Xızı, Siyəzən, Şabran, Naftalan, Goranboy, Şəmkir, Tovuz, Ceyrançöl, Qazax, Ağstafa, Qobustan, Hacıqabul, Gəncə, Daşkəsən, Gədəbəy, Samux, Göygöl, Xaçmaz, Kəlbəcər, Laçın, Mingəçevir, Qusarda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью