Icma.az bildirir, Baku.ws portalına istinadən. Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı general-mayor Həzi Aslanovun doğum gün
BAKU.WS xatırladır ki, Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunda anadan olub.
13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib.
Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929–cu ildə təhsilini bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub.
Təhsilini başa vurandan sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.
1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərib.
Donbas və Moskva ətrafında vuruşmalarda qəhrəmanlıq göstərib.
Xarkov və Stalinqrad uğrunda gedən döyüşlərdə H.Aslanovun başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endiriblər.