Bu gün Hidayət Heydərov tatamiyə ÇIXACAQ

29.11.2025

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Azərbaycanın iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində mübarizəyə qoşulacaq.
Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov (73 kq) tatami üzərinə çıxacaq.
O, 1/16 finalda Adil Osmanov (Moldova) - Covanni Esposito (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
 

Eyni çəkidə yarışan digər təmsilçimiz Rəşid Məmmədəliyev isə ABŞ-li Stiven Boldbaatarla münasibətlərinə aydınlıq gətirəcək. Turnirin final bloku Bakı vaxtı ilə saat 17:00-dan etibarən başlayır.


Qeyd edək ki, təmsilçilərimiz yarışın ilk gününü medalsız başa vurublar.
Rəşad Rafiqoğlu, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью