Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Bu gün Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, payız-qış mövsümünə hazırlıqla əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Hövsan qəsəbəsinin bir hissəsinin (Hövsan bağları, Dənizkənarı və O.Şabanov küçələri) qaz təchizatında qısamüddətli fasilə yaranacaq.