Bu gün ilin ilk Super Ayı görünəcək

03.01.2026

Icma.az, Medicina portalına istinadən məlumat verir.


2026-cı ilin ilk Super Ay hadisəsi bu həftə sonu müşahidə olunur.

Medicina.az xəbər verir ki, səma şousunu yanvarın 3-də müşahidə etmək mümkün olacaq.

NASA-nın Planet Elmləri, Geologiya, Geofizika və Geokimya Laboratoriyasının direktoru Noa Petronun sözlərinə görə, Super Ay o qədər parlaq və böyük olacaq ki, başqa bir səma hadisəsi - Kvadrantid meteor yağışının müşahidəsini çətinləşdirəcək.

Məlumata görə, meteor yağışı məhz yanvarın 3-də pik nöqtəsinə çatacaq. Müşahidə üçün ən yaxşı vaxt isə yanvarın 4-də gecəyarısından sübhə qədər olacaq.

medicina.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью