Bu gün işdən tez çıxa biləcəksiniz

25.06.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Azərbaycanda iyunun 26-da Silahlı Qüvvələr Günü qeyd olunacaq. Qanunvericiliyə uyğun olaraq, bu tarix qeyri-iş günü hesab edilir.

Milli.Az xəbər verir ki, Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günündən əvvəlki iş gününün müddəti bir saat qısaldılır. Bu səbəbdən iyunun 25-i ölkədə qısa iş günü kimi tətbiq olunur.

Beləliklə, beşgünlük və ya altıgünlük iş həftəsindən asılı olmayaraq, bu gün əmək fəaliyyəti ilə məşğul olan şəxslər üçün iş vaxtı bir saat az olacaq.

Qeyd edək ki, 26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi hər il qeyd olunur və rəsmi qeyri-iş günü sayılır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью