Bu gün İstanbul derbisi var

07.12.2024

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi oynanılacaq.

QOL.az xəbər verir ki, 15-ci tur çərçivəsində "Beşiktaş" evdə "Fənərbaxça"nı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu Mehmet Türkmen idarə edəcək.

Bu komandalar arasında Superliqanın ötən mövsümünün matçlarında "Fənərbaxça" qalib gəlib - 3:1, 2:1.

Hazırda çempionatın turnir cədvəlində "Fənərbaxça" 32 xalla 2-ci (13 oyuna), "Beşiktaş" isə 22 xalla 5-cidir (13 oyuna). Sıralamaya 35 xala malik (13 oyuna) "Qalatasaray" liderlik edir. 

Türkiyə Superliqası,15-ci tur

20:00. "Beşiktaş" - "Fənərbaxça"

Baş hakim: Mehmet Türkmen

"Tüpraş" stadionu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью