Bu gün İstanbul derbisi var

07.12.2024

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi oynanılacaq.

Sfera.az xəbər verir ki, 15-ci tur çərçivəsində “Beşiktaş” evdə “Fənərbaxça”nı qəbul edəcək. 

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.Oyunun hakimi Mehmet Türkmen olacaq.

Hazırda çempionatın turnir cədvəlində “Fənərbaxça” 32 xalla 2-ci, “Beşiktaş” isə 22 xalla 5-cidir.


Sıralamaya 35 xala malik “Qalatasaray” liderlik edir. 

Türkiyə Superliqası,15-ci tur

20:00. “Beşiktaş” – “Fənərbaxça”

“Tüpraş" stadionu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью