Bu gün İstanbulda Ukrayna Rusiya danışıqlarının başlaması planlaşdırılır

23.07.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu çərşənbə günü saat 19:00-a planlaşdırılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “trthaber” məlumat yayıb.

Digər telekanallar və agentliklər də analoji vaxta istinad edirlər, lakin bu məlumat rəsmi olaraq təsdiqini tapmayıb.

Danışıqların Boğaziçi sahilindəki "Çırağan" sarayında baş tutacağı gözlənilir. İyunun 2-də orada da danışıqların ikinci raundu keçirilib.

Türkiyə tərəfi Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundunun keçiriləcəyi İstanbuldakı "Çırağan"sarayında təhlükəsizlik tədbirlərini gücləndirib. Jurnalistlər kompleksin girişində toplaşmağa başlayıb.

Girişdə polis əməkdaşları növbə çəkir, yoxlama çərçivələri quraşdırılıb, yaxınlaşan avtomobillər yoxlanılır. Hazırda ərazidə mətbuat üçün çadırlar və kameralar üçün xüsusi platforma tikilir.

İstanbulda açıq və isti hava hökm sürür, havanın temperaturu hazırda 36 dərəcəyə çatır. Sinoptiklər gün ərzində 40 dərəcəyə qədər isti olacağını proqnozlaşdırırlar.

Rusiya və Ukrayna arasında birbaşa danışıqlar üç ildən artıq fasilədən sonra mayın 16-da bərpa edilib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью