Bu gün karyeramı başa vuracağam

16.11.2024

Icma.az bildirir, Milli.az portalına istinadən.

Ulduz futbolçu Kristiano Ronaldo karyerasını nə vaxt başa vuracağı ilə bağlı açıqlama verib.

Milli.az xəbər verir ki, 39 yaşlı futbolçu bu barədə UEFA Millətlər Liqasında Polşa ilə keçirilən matçdan  sonra danışıb:

"Mən, sadəcə, həzz almaq istəyirəm. Tezliklə 40 yaşım olacaq. Motivasiya hiss etdiyim müddətdə futboldan həzz almaq istəyirəm və oynamağa davam edəcəyəm. Motivasiya hiss etmədiyim gün karyeramı başa vuracağam".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in heyətində bu mövsüm 15 matçda iştirak edən K.Ronaldo 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

Fidan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью