Bu gün keçiriləcək görüşlərin AFİŞASI

05.12.2024

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı görüşlər keçiriləcək.

Oxu.Az xəbər verir ki, Türkiyə, İspaniya və İtaliya kuboklarında növbəti mərhələyə yüksələn komandalar bəlli olacaq.

Belə ki, Türkiyə Kubokunda "Qaziantep" - "Batman"la saat 21:30-da üz-üzə gələcək.

İspaniya Kubokunda "Kaserenyo" - "Atletiko Madrid"lə saat 22:00-da, "Konkense" isə "Real Sosyedad"la saat 00:00-da qarşılaşacaq.

Gecənin ən maraqlı görüşü isə İtaliya Kubokunda keçiriləcək. "Latsio" doğma meydanda "Napoli"ni qəbul edəcək. Qarşılaşma gecə saat 00:00-da keçiriləcək.

Qeyd edək ki, bu gecə İngiltərə Premyer Liqasında XIV tura iki görüşlə yekun vurulacaq. "Fulhem" - "Brayton"u saat 23:30-da, "Bornmut" isə "Tottenhem"i saat 00:15-də qəbul edəcək.

5 dekabr

Türkiyə Kuboku

21:30 "Qaziantep" - "Batman".

İspaniya Kuboku

22:00 "Kaserenyo" - "Atletiko Madrid";

00:00 "Konkense" - "Real Sosyedad".

İtaliya Kuboku

00:00 "Latsio" - "Napoli".

İngiltərə, Premyer Liqa, XIV tur

23:30 "Fulhem" - "Brayton";

00:15 "Bornmut" - "Tottenhem".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью