Bu gün keçirilən iki oyun heç heçə ilə yekunlaşıb

15.03.2025

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə Misli Premyer Liqasının XXVII turunda növbəti oyunlar keçirilib.

SİA xəbər verir ki, ilk olaraq “Kəpəz” Tovuz şəhər stadionunda “Qarabağ”ı qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Günün ikinci matçında "Zirə" "Sabah"ın qonağı olub. "Bank Respublika Arena"da təşkil olunan görüş də bərabərliklə başa çatıb - 1:1.

Hazırda Ağdam təmsilçisi 64 xalla turnir cədvəlinə başçılıq edir. "Zirə" 52 xalla ikinci, "Sabah" 35 xalla beşinci, Gəncə klubu isə 23 xalla doqquzuncu pillədə yer alır.

Qeyd edək ki, turun ötən gün "Araz-Naxçıvan" və "Şamaxı" komandaları arasında keçirilmiş açılış oyununda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью