“Bu gün “Kəpəz”dəyəm, sabah necə olacaq, Allah bilir”

26.04.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XXIX turunun “Şamaxı” – “Kəpəz” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Artıq 4 turdur, məğlub oluruq. Bu, komandanı pis vəziyyətə salıb. Diqqətsizliyimiz oyunun qırılma nöqtəsi oldu.

– Gec gəlməyiniz nə ilə bağlı idi?
– Futbolçularla birlikdə olmağımıza görə.

– Komanda sanki meydana məğlub çıxmışdı…
– İkinci hissə üstünlüyümüz ilə keçdi. Qol da vurduq, sayılmadı. Yarımmüdafiədə itirdiyimiz topdan sonra rəqib fərqləndi. Futbolçulara tapşırmışdıq ki, orta xəttdə belə səhvlərə yol verməsinlər, təəssüf…

– Klub ətrafında söz-söhbətlər var və bu, komandaya təsir edir. “Kəpəz”də nə baş verir?
– Allah hər şeyi görür. İşimi vicdanla yerinə yetirməyə çalışıram. Kiminsə arxada nəsə etməsinə məşqçi kimi fikir vermirəm.

– Rəhbərliyin dəstəyini hiss edirsiniz?
– Bəli, dünən də görüşmüşük. Komandaya tövsiyələrini veriblər.

– Komandanın pley-offda kim olsa, onu məğlub etmək gücündədir?
– Qarşıda dörd tur var. Pley-off haqda düşünmək istəmirəm.

– Adınız başqa klublarla hallanır…
– Bu gün “Kəpəz”dəyəm, sabah necə olacaq, Allah bilir. Əsas odur, işimi vicdanla görməyə çalışıram. “Şamaxı”da Elmar Baxşıyevin, Tərlan Əhmədovun da adı çəkilir.

– Gedəcəksiz, ya qalacaqsınız?
– İndi burdayam, başqa nəsə demək istəmirəm.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью