Bu gün kişi voleybolçular arasında Yüksək Liqada finalçılar bəlli ola bilər

18.04.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 aprel, AZƏRTAC

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada finalçılar bəlli ola bilər.

AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunlarında “Xilasedici” – “Azərreyl” və “Neftçi” – “Murov Az Terminal” görüşləri keçiriləcək.

Matçlar müvafiq olaraq, saat 15:00 və 17:00-da başlayacaq. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

Yüksək Liqa (kişilər)

İkinci oyunlar

18 aprel

15:00. “Xilasedici” - “Azərreyl”

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

İlk oyun – 0:3

17:00. “Neftçi” - “Murov Az Terminal”

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

İlk oyun – 0:3

Qeyd edək ki, bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi “Qızıl set”də müəyyənləşəcək.

AZƏRTAC—0—

(CƏ, RmQ)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью