Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır. Bu gün «Araz-Naxçıvan»da təcili iclas keçiriləcək.
Klubdan sportinfo.az-a daxil olan informasiyaya görə, toplantı Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundovun tapşırığı ilə təşkil olunacaq.
Yığıncağına səbəb komandanın son həftələrdəki uğursuz çıxışıdır.
Premyer Liqanın 13-cü turunda «Qəbələ»yə səfərdə 1:2 hesabıyla uduzan «ağ-qırmızılar» liderlər qrupundan xeyli uzaq düşüb.
Muxtar Respublika təmsilçisi 20 xalla turnir cədvəlinin 6-cı pilləsinə yuvarlanıb.
Bu azmış kimi, komanda dünən ölkə kubokunda mübarizəni erkən dayandırıb.
1/8 final mərhələsində «Kəpəz»lə üz-üzə gələn «Araz» 0:1 hesabıyla uduzub.
Axundovu narahat edən əsas məsələ budur - kluba yayda böyük büdcə ayrılsa və bahalı transfer əməliyyatları həyata keçirildiyi halda, bu çöküşün səbəbi ədir?