“Bu gün ləbə qazanmışıq, amma Lixtenşteynlə nəticə tarixdə qalacaq…”

05.10.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bu gün ləbə qazanmışıq, amma Lixtenşteynlə nəticə tarixdə qalacaq…”

Azərbaycan millisinin yarımmüdafiəçisi Ceyhun Nuriyev UEFA Millətlər Liqasının 3-cü turuhda Litvanı məğlub etdikləri oyunla (1:0) bağlı fikirlərini bildirib.

QOL.az xəbər verir ki, o, jurnalistlərə qarşılaşmanın gözlədiklərindən daha gərgin keçdiyini deyib:

“Oyun belə ortada gedirdi. Belə olacağını təxmin etmişdik. Litva da bilirdi ki, bu, onlar üçün demək olar, son şansdır. Ona görə çox gərgin mübarizə keçdi. Matç gözlədiyimizdən də gərgin oldu. Amma qələbə qazandıq. Üç gün əvvəlki çox məyusedici nəticədən sonra toparlana bildik, yaxşı mübarizə apardıq”.

C.Nuriyev Lixtenşteynlə heç-heçənin unudulmayacağını bildirib:

“Düzünü demək lazımdırsa, təzyiqi bəlkə də atdıq. Amma bu, unudulmur. Tarixdə qaldı ki, biz Lixtenşteyn kimi komandaya 0:0 oynadıq. Bu gün qələbə qazanmağımız hardasa bir az vicdanımızı rahatlatdı. Ən azından qələbə qazanmışıq, rəqib kimdirsə, fərqi yoxdur. Amma Lixtenşteynlə nəticə təəssüf ki, tarixdə qalacaq”.

Millinin futbolçusu iki oyun arasındakı əsas fərqin istək olduğunu deyib:

“Bu gün daha çox istəkli idik. Görünürdü ki, keçən oyun Lixtenşteyn bizdən daha çox istəkli idi, bu gün isə biz… Elə bil o oyun bizə soyuq duş, bir zərbə oldu və bu gün ayıldı”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью