Bu gün Lənkəranda güləş festivalı keçiriləcək

09.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan Güləş Federasiyası uşaqlar üçün növbəti idman və əyləncə festivalı təşkil edəcək.

İdman.Biz xəbər verir ki, tədbir bu gün Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında baş tutacaq.

Festival saat 17:30-dan 20:00-dək davam edəcək. Tədbirdə uşaqlar üçün idman fəaliyyəti ilə yanaşı, müxtəlif əyləncə proqramları da nəzərdə tutulub.

İştirakçıları DJ performansı, “face art”, sual-cavab müsabiqəsi və başqa maraqlı əyləncələr gözləyir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью