Bu gün Lütfi Zadənin anım günüdür | Icma.az
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır. Bu gün məşhur azərbaycanlı alim, Kaliforniya Berkli Universitetinin professoru Lütfi-Zad
Onun vəfatından 8 il ötür. BAKU.WS xatırladır ki, əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə olan Lütfi Zadə 1921-ci ilin fevralın 4-də Bakının No
Onun atası Rəhim Ələsgərzadə etnik azərbaycanlı olub və Ərdəbildə doğulub.
Etnik rus yəhudisi olan anası Fanya Korenman Odessada doğulub və İran vətəndaşı olub.
Lütfi-Zadə ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb.
1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar ölkəni tərk edib Tehrana köçməli olurlar.
O, 1942-ci ildə Tehranda ali məktəbi bitirib, bir il sonra ABŞ-yə gedib. 1944-cü ildə adını Lütfi Əsgər Zadə kimi dəyişib.
1946-cı ildə o, Kolumbiya Universitetinə doktorluq dərəcəsi üzrə tələbə kimi daxil olub.
Tam oxu
Xəbəri oxu