Bu gün məqsədimiz Qərbi Azərbaycandır | Icma.az
Icma.az, Sia Az portalına istinadən məlumat yayır. "Bu gün Azərbaycan Prezidentinin adı Zəfərlə anılır.
Bu, bu gün də belədir, sabah da belə olacaq". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, illər, qərinələr keçəcək yenə Azərbaycan Prezidentinin adı Azərbaycan xalqının yaddaşında, dövlətçilik tarixində zəfərlə birgə çəkiləcək: "Bu, siyasi taleyin xoşbəxtliyidir.
Azərbaycan Prezidenti bütün milli resurslarımızı, milli, iqtisadi imkanlarımızı səfərbər edərək Azərbaycan xalqını tarixi Zəfərə çatdıra bildi.
Diqqət etsək görəcəyik ki, 2003-cü ildə hakimiyyətə gələn Azərbaycan Prezidenti Ulu Öndərin fundamentini qoyduğu müstəqil dövlətimizi tamamilə yenidən, yeni tələblər istiqamətində yenidən inşa etməyi bacardı, hərbi sənaye yaratdı, ordu quruculuğunu başa çatdırdı.
Ən əsası Azərbaycan Prezidentinin də dediyi kimi iqtisadiyyat da güclü ola bilər, güclü maliyyə resurslarımız ola bilər, güclü müasir silahlar almaq olar, amma bu silahı daşıyan əsgərin ruhu yoxdursa, o qələbə əlçatmaz olar.
Məncə, Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizdə yaranan mənəvi təhsil mühiti, ictimai münasibətlər sistemindəki sağlam mühit, mənəvi dəyərlərin önə çəkilməsi bizə yüksək səviyyəli vətənpərvərlik imkanları da yaratdı.
Nəticə etibarilə biz bu tarixi qələbəyə gəlib çatdıq. Ona görə də, növbəti ili başa vurub qalib xalq kimi qələbəmizin 4 ili arxada qaldı.
Tam oxu
Xəbəri oxu