Bu gün metro bu saata qədər işləyəcək

25.08.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə keçirəcəyi oyunla əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

"Yeni Sabah" xəbər verir ki, Bakı Metropoliteninin yaydığı məlumata görə, bu gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma penaltilər seriyasına qədər davam edərsə, metropolitenin stansiyaları gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Məlumata əsasən, oyunla əlaqədar “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək. Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq, növbətçilik əsasında əlavə köməkçi işçi qüvvəsi ayrılacaq. pizza sifarişi

Həmçinin “Nərimanov” və “28 May” stansiyalarında əlavə tədbirlər görüləcək.

Qeyd olunub ki, gün ərzində qatarların hərəkəti mövcud qrafik üzrə davam etdiriləcək.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью