Bu gün Millətlər Liqasında püşkatmadır: Siyahıda Türkiyə də var

22.11.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Bu gün UEFA Millətlər Liqasında 1/4, 1/2 və eləcə də pley-off mərhələsinin püşkü atılacaq.

"Cebheinfo.az" xəbər verir ki, püşkatma mərasimi ənənəvi olaraq İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Püşk nəticəsində B Liqasında qrupu ikinci sırada bitirən Türkiyə millisinin də A Liqasına yüksəlmək uğrunda pley-offdakı rəqibi bilinəcək. “Ay ulduzlular” A Liqasında qrupu 3-cü pillədə tamamlamış Şotlandiya, Belçika, Macarıstan və ya Serbiyaya rəqib olacaq.

1/4 final

A Liqasının qrup birinciləri:

Almaniya, Portuqaliya, Fransa, İspaniya

A Liqasının qrup ikinciləri:

İtaliya, Niderland, Xorvatiya, Danimarka,

Pley-off A/B

Səpələnmişlər:

Belçika, Şotlandiya, Macarıstan, Serbiya

Səpələnməmişlər:

Yunanıstan, Türkiyə, Ukrayna, Avstriya

Pley-off B/C

Səpələnmişlər:

Gürcüstan, İrlandiya, İslandiya, Sloveniya

Səpələnməmişlər:

Ermənistan, Bolqarıstan, Slovakiya, Kosovo 

Pley-off C/D

Səpələnmişlər:

Latviya, Lüksemburq

Səpələnməmişlər:

Cəbəllütariq, Malta

Qeyd edək ki, 1/4 və pley-off oyunları gələn ilin martında keçiriləcək. İyunun 4-5-də 1/2, iyunun 8-də isə 3-cü yer və final uğrunda matçlar olacaq.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью